Abş-da 1.82 Milyard Dollarlıq Lotereya Qalibi Kimdir?

News Image

ABŞ-ın ikinci ən böyük lotereya cekpotunun sirri açıldı

ABŞ tarixində ikinci ən böyük “Powerball” lotereya cekpotu – 1.82 milyard dolların sahibi nəhayət ki, müəyyən edilib. Məlumata görə, bu nəhəng məbləği qazanan şəxs Arkanzas ştatının Nort-Litl-Rok şəhərinin meri Terri Hartvikin kiçik qardaşıdır.

Qalibin digər qardaşı Treysi Hartvik bu xəbəri təsdiqləyib. Bildirilir ki, qalib lotereya biletini 2025-ci il dekabrın 24-də Arkanzasın Kabot şəhərindəki yanacaqdoldurma məntəqələrindən birindən cəmi 30 dollara alıb. Maraqlısı odur ki, o, 10 fərqli rəqəm kombinasiyası üzrə mərc etsə də, ona uğur gətirən ilk seçimi olub.

Böyük məbləğ, böyük vergilər və qohumluq əlaqələri

Mükafatı yanvarın 5-də alan qalib adının açıqlanmamasını xahiş edib və 834.9 milyon dollarlıq birdəfəlik ödəniş variantını seçib. Vergilər çıxıldıqdan sonra onun əlində ümumilikdə 565 milyon dollar qalıb. Qalan 219 milyon dollar isə ABŞ Vergi Xidmətinə və Arkanzas Maliyyə Departamentinə ödənilib. Arkanzas qanunvericiliyinə əsasən, seçkili vəzifə tutan şəxsin qohumu olduğu üçün onun adının gizli saxlanılması müddəti altı ay ilə məhdudlaşdırılıb.

Qalibiyyətdən sonra əldə edilən mükafatın 18.1 milyon dollarının 3 faizi digər qardaşı Timotiyə verilib, qalan hissəsi isə kənar şəxsə çatdırılıb.

Merin qalmaqallı həyatı və lotereya qalibi qardaş

Qeyd edək ki, 77 yaşlı mer Terri Hartvik son dövrlər adı ilə bağlı qalmaqallarla gündəmə gəlmişdi. O, Milad çıxışından sonra iki yeniyetməyə uyğun olmayan şəkildə toxunmaqda ittiham olunsa da, istintaq orqanları kifayət qədər sübut tapmadığı üçün ona qarşı cinayət işi açmayıb. Maraqlıdır ki, bu ittihamlar məhz qardaşının lotereyada qalib gəldiyi dövrə təsadüf edib. 1985-1988-ci illərdə də mer olmuş Hartvik 2020-ci ildə yenidən, 2024-cü ildə isə rəqibsiz şəkildə üçüncü müddətə bu vəzifəyə seçilib.

4