Abş-dan Avropada Maga Layihələrinə Böyük Dəstək Gəlir

News Image

ABŞ Prezidenti Donald Trampın komandası, Avropa və digər regionlarda “Make America Great Again” (MAGA) hərəkatını təşviq edən layihələrə maliyyə dəstəyi ayırmağa hazırlaşır.

Bu maliyyələşdirmənin əsas məqsədləri arasında Avropa ölkələrində, xüsusilə Britaniyada söz azadlığının möhkəmləndirilməsi durur. Sənəddə qeyd olunduğu kimi, “senzuraya qarşı mübarizə” üçün təxminən 2 milyon dollar, həmçinin Avropada “sivilizasiya alyansının formalaşdırılması” üçün isə 5 milyon dollar vəsait ayrılması planlaşdırılır.

Qrant vəsaitlərinin istifadə sahələri arasında Avropa qitəsində “fikir ifadəsi azadlığının, siyasi rəqabətin və milli suverenliyin təmin edilməsi” kimi layihələr də yer alır.

Avropa təşəbbüslərindən əlavə, təxminən 40 milyon dollarlıq ən böyük qrant Amerikanın “Kommunizm Qurbanları Xatirə Fondu”na veriləcək.

1