Arktikada Buzlar Niyə Sürətlə əriyir? Yeni Tədqiqat şok Etdi

News Image

Arktikada buzların əriməsi sürətlənir: Yeni tədqiqatın nəticələri

Arktikada dəniz buzlarının sahəsində müşahidə olunan nisbi sabitləşmə dövrü sona çatıb. Aparılan son tədqiqatlar göstərir ki, buz örtüyünün həcmi yenidən sürətlə azalmağa başlayıb.

Əvvəllər alimlər 2005-2024-cü illər arasında Arktikada buzların azalma tempinin zəiflədiyini qeyd edirdilər. Qlobal istiləşmənin davam etməsinə baxmayaraq, bu müddətdə buz örtüyündə kəskin azalma müşahidə olunmamışdı. Tədqiqatçılar bu vəziyyəti okean cərəyanlarındakı təbii dəyişikliklər nəticəsində ərimə prosesinin müvəqqəti ləngiməsi ilə əlaqələndirirdilər.

Peyk məlumatları narahat edici siqnal verir

Lakin son peyk müşahidələrinin təhlili göstərir ki, bu fasilə artıq başa çatıb. Sauthempton Universitetinin alimi Duo Çanın rəhbərlik etdiyi tədqiqat qrupu, 2020-ci illərin əvvəlində buz əriməsinin dayandığı kimi görünən prosesin əslində uzunmüddətli azalmanın qısamüddətli ləngiməsi olduğunu aşkar edib.

Xüsusilə 2024-2025-ci illər arasında Arktikada dəniz buzlarının sahəsi 5,8 faiz azalıb. Bu, peyk müşahidələrinin aparıldığı dövrdə qış mövsümündə qeydə alınan ən böyük illik azalma göstəricisi hesab olunur.

Qlobal iqlimə təsirləri

1979-cu ildən bəri aparılan müntəzəm peyk müşahidələrinə əsasən, sentyabr ayında – mövsümi minimum dövründə – Arktikada buz örtüyünün sahəsi təxminən iki dəfə azalıb. Mütəxəssislər bildirirlər ki, qış buz örtüyünün azalması yalnız Arktikaya deyil, bütün dünyaya təsir edir.

Dəniz buzları isti okean ilə soyuq atmosfer arasında təbii bir maneə rolunu oynayır. Buzların azalması atmosferə daha çox istilik və rütubətin ötürülməsinə səbəb olur. Bu isə hava kütlələrinin dövranını, siklonların formalaşmasını və daha cənub bölgələrdəki hava şəraitini ciddi şəkildə dəyişə bilər.

Tədqiqat

13