Avropa Liqası: “qarabağ” çska Ilə Ilk Oyununa çıxır

News Image

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin açılış oyunları baş tutacaq. Azərbaycanı təmsil edən “Qarabağ” futbol klubu da bu mərhələdə mübarizəyə qoşulur.

Qurban Qurbanovun rəhbərliyi altında çıxış edən Ağdam təmsilçisi Bakıda Bolqarıstanın güclü klublarından olan ÇSKA-nı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu gərgin qarşılaşma axşam saat 20:00-da start götürəcək.

Komandalar arasında cavab matçı iyulun 30-da Bolqarıstanın paytaxtı Sofiyada oynanılacaq. Bu cütün qalibi növbəti, yəni üçüncü təsnifat mərhələsində “Şerif” (Moldova) və “Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.

Oyunun detalları:

  • Turnir: UEFA Avropa Liqası, II təsnifat mərhələsi, ilk oyun
  • Tarix: 23 iyul
  • Saat: 20:00
  • Komandalar: “Qarabağ” (Azərbaycan) – ÇSKA (Bolqarıstan)
  • Baş hakim: Daniele Çiffi (İtaliya)
  • Köməkçi hakimlər: Ciovanni Baççini, Alessandro Lo Çiçero, Daniele Perenzoni (İtaliya)
  • VAR: Valerio Marini (İtaliya)
  • AVAR: Federiko La Penna (İtaliya)
  • Məkan: Tofiq Bəhramov adına Respublika stadionu, Bakı
22