Bakıda Və Biləsuvarda Qaz Təchizatı Müvəqqəti Dayandırılacaq

News Image

Qaz kəsintisi: Hansı ərazilər təsirlənəcək?

Xəzər və Sabunçu rayonlarının bəzi hissələrində, eləcə də Biləsuvar rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilələr yaranacaq. Bu barədə aidiyyəti qurum tərəfindən məlumat yayılıb.

Bildirilib ki, təmir və quraşdırma işləri ilə əlaqədar olaraq, iyulun 24-də səhər saat 10:00-dan işlər tamamlanana qədər Xəzər rayonunun Buzovna qəsəbəsinin, Albalılıq və Atçılıq yaşayış massivlərinin qaz təchizatı dayandırılacaq.

Eyni zamanda, Sabunçu rayonunun Zabrat qəsəbəsindəki Oktyabr, R. Axundov və L. Məmmədbəyova küçələrində də qaz təchizatında qısa müddətli fasilələr gözlənilir.

Biləsuvar kəndlərində qaz fasiləsi

Qeyd edək ki, iyulun 24-də saat 10:00-dan etibarən Biləsuvar rayonunun Əsgərəbad, Aşağı Cürəli, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Sakinlərdən yaranacaq narahatlığa görə üzr istənilir və təmir işlərinin ən qısa zamanda yekunlaşdırılması üçün səy göstəriləcəyi bildirilir.

27