Hindistanın Uttar Pradeş ştatında dəhşətli timsah hücumu bütün ölkəni şoka salıb. Belə ki, 12 yaşlı bir oğlan göl kənarında əllərini yumaq istəyərkən gözlənilmədən yırtıcı timsahın hücumuna məruz qalıb.
Faciə anbaan yaşandı
Hadisə şahidlərinin sözlərinə görə, timsah uşağı qəfildən suya çəkərək parçalayıb. Bu dəhşətli anlar ətrafdakı insanların gözü qarşısında baş verib. Faciənin görüntüləri sosial mediada sürətlə yayılaraq geniş rezonans doğurub.
Yerli hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. Bu hadisə bölgədə timsah təhlükəsi ilə bağlı narahatlıqları daha da artırıb.