Gövhər Rzayevadan valideynlərə çağırış: “Qızlarınıza cehiz verməyin”
Əməkdar artist Gövhər Rzayeva, şəxsi həyat təcrübəsindən yola çıxaraq, valideynlərə dəyərli bir tövsiyə verib. Sənətçi, üç övlad və beş nəvə sahibi olduğunu qeyd edərək, həyatının çətin dövrlərindən danışıb. O bildirib ki, atası 52 yaşında infarkt keçirdikdən sonra ailəsinə kömək etmək zərurəti yaranıb. Rzayeva, toyunu və cehizini öz zəhməti ilə əldə etdiyini, valideynlərinə yük olmadığını vurğulayıb.
Qarmon ifaçısı, qızlara həddindən artıq cehiz verilməsinin doğru olmadığını düşünür. O, bu fikri belə əsaslandırıb:
“Güclü qadın olmaq yaxşı deyil. Evdə özünü fəhlə kimi göstərsən, ömrünün axırına kimi hambal olacaqsan. Hər şeyi bacardığını göstərsən, bütün yük sənin üzərinə düşəcək. Bu, düzgün deyil.”
Gövhər Rzayeva, qızların özləri çalışıb qazanaraq cehizlərini almalarının daha məqsədəuyğun olduğunu bildirib. Onun sözlərinə görə, bu halda əldə olunan əşyaların qədrinin daha yaxşı bilinir. O, hər şey hazır olduqda qiymətinin bilinmədiyini və həyat yoldaşının marağının kənara yönələ biləcəyini qeyd edib. Sənətçi, cütlüklərin birlikdə çalışaraq hər şeyi əldə etmələrinin münasibətləri daha da möhkəmləndirəcəyinə inanır.
Sənətçi həmçinin geyim tərzləri və müasir cəmiyyətdəki dəyişikliklər barədə də fikirlərini bölüşüb. O, əvvəlki zəmanə ilə indiki dövrü müqayisə edərək, geyimdəki həddin aşılmasını tənqid edib. Rzayeva, hər şeyin öz qaydası olduğunu, soyunmağın da, geyinməyin də etik çərçivələri olduğunu vurğulayıb. O, musiqiçilərə qarşı əvvəlki münasibəti və uşaqların əyləncə formalarındakı dəyişiklikləri də dilə gətirib. Sənətçi, müəllimə hörmətin azalması və boşanmaların artması kimi sosial problemlərə də toxunub.