Həlak Olan Gəmi Kapitanı Səməd Nəsrullayev Lənkəranda Dəfn Edildi

News Image
News Image
News Image
News Image
thumb
thumb
thumb
thumb

Ukraynanın Odessa şəhəri yaxınlığında baş verən faciəvi hadisədə həyatını itirən gəmi kapitanı Səməd Nəsrullayev doğulduğu Lənkəran torpağına tapşırılıb. Onun nəşi doğma Balıqçılar qəsəbəsinə gətirilərək ailəsinə təhvil verilib.

Ailəsi və yaxınları ilə vida mərasimindən sonra kapitanın cənazəsi qəsəbə qəbiristanlığında dəfn edilib. Bu kədərli hadisə Azərbaycan cəmiyyətində dərin iz qoyub.

Odessa yaxınlığında baş verən faciə

Xatırladaq ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyə şirkətinə məxsus “Atlas Bey” adlı ticarət gəmisi pilotsuz uçuş aparatı (PUA) hücumuna məruz qalmışdı. Gəminin heyət üzvlərindən 11-i Azərbaycan vətəndaşı idi. Bu hücum nəticəsində gəmi kapitanı Səməd Nəsrullayev həlak olmuşdu.

0