Xalq artisti Könül Xasıyeva yenidən özünəməxsus yumor hissi ilə gündəmə gəlib. Sənətçinin musiqiçilərlə etdiyi səmimi zarafat böyük marağa səbəb olub.
Xalq artistindən gülməli anlar
Məkanların birində çıxış edən xanəndə, ifası zamanı musiqiçilərə üz tutaraq zarafatla “Bir dənə ‘mi’ ver, gedəndə qaytaracağam” deyib. Bu sözlər həm zalda əyləşənlərin, həm də sosial media istifadəçilərinin böyük rəğbətini qazanıb.
Könül Xasıyevanın bu səmimi və gülməli anları qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. İstifadəçilər Xalq artistinin səhnədəki təbiiliyini və yumorunu yüksək qiymətləndirərək, paylaşımlara çoxsaylı bəyənmələr və müsbət şərhlər yazıblar.