Rusiyanın tanınmış sənətçisi Qriqori Leps, Vitebskdəki solo konserti öncəsi musiqi karyerası ilə bağlı gözlənilməz bəyanatla çıxış edib. Müğənni, yaxın iki il ərzində səhnə fəaliyyətini tamamilə dayandırmağı planlaşdırdığını bildirib.
“Sonuncu İmperator” albomu ilə vida
Leps qeyd edib ki, Allahın izni ilə, iki ildən sonra daha bir albom hazırlayacaq. Bu albomun adı “Sonuncu İmperator” olacaq və bu layihədən sonra musiqi fəaliyyətinə yekun vuracağını açıqlayıb. Sənətçi bu planının reallaşacağına ümid etdiyini vurğulayıb.
Müğənni pərəstişkarlarının onun səhnədən ayrılmasına anlayışla yanaşacağına əmindir. O bildirib: “Zaman keçdikcə yeni və istedadlı sənətçilər meydana çıxacaq, hər şey öz yerini tapacaq”.