Təbiəti Qorumaq Fəlsəfəsi: Dünyanın ən Gözəl Sözü Seçildi

News Image

Dünyanın ən gözəl sözü elan edildi. Bu söz Yeni Zelandiyanın maori dilinə məxsus “Kaitiakitanga” terminidir və xüsusi bir mükafata layiq görülüb.

“Kaitiakitanga” nə deməkdir?

Bu sözün digər dillərdə dəqiq bir qarşılığı yoxdur. Termin, insanların gələcək nəsillər üçün təbiəti mühafizə etmək və ona qayğı göstərmək öhdəliyini əks etdirir. Maori mədəniyyətində insanlar özlərini təbiətin bir hissəsi hesab edir, onun sahibi yox.

Söz beynəlxalq bir dil platforması tərəfindən sosial mediada və dilçilik forumlarında aparılan geniş müzakirələr nəticəsində müəyyən edilib. Qiymətləndirmə prosesində sözün səslənməsi, mənası, tələffüzü və mədəni dəyəri kimi meyarlar nəzərə alınıb.

Müsabiqə çərçivəsində 75-dən çox dilə aid 223 söz araşdırılıb və sonda “Kaitiakitanga” dünyanın ən gözəl sözü kimi qəbul edilib.

5