Din xadiminin toylarla bağlı sərt çıxışı
Özünü din xadimi kimi təqdim edən Erdal Sadi, qatıldığı televiziya proqramında toy mərasimlərində qadınların rəqs etməsi mövzusunda səsləndirdiyi fikirlərlə böyük müzakirələrə səbəb olub.
Erdal Sadi toy mərasimlərinə qatılmamağa çağıraraq, bu cür məclislərin dini baxımdan məsuliyyət doğurduğunu vurğulayıb. Onun sözlərinə görə, qadın və kişilərin birlikdə əylənməsi qəbuledilməzdir.
“Həyat yoldaşınızın yüzlərlə kişinin qarşısında rəqs etməsini alqışlayırsınız?”
Sadi çıxışında bu məsələyə kəskin etirazını bildirib: “Əgər kimsə sizə ‘Həyat yoldaşını çağır, qarşımızda oynasın’ desə, buna etiraz edərsiniz. Bəs niyə həyat yoldaşınızın və ya qızınızın yüzlərlə kişinin qarşısında rəqs etməsini alqışlayırsınız?”
Bu çıxış sosial şəbəkələrdə geniş rezonans doğurub. Bəzi istifadəçilər Erdal Sadinin fikirlərini dəstəkləsələr də, digərləri onu sərt şəkildə tənqid ediblər.